İsa Qəmbər məhkəməyə getdi - Müstəniq prosesə gəlmədi, iclas təxirə salındı

11 iyun 2019
İsa Qəmbər məhkəməyə getdi - Müstəniq prosesə gəlmədi, iclas təxirə salındıBakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmə prosesində ABŞ səfirliyinin nümayəndələri, MSDM-in sədri İsa Qəmbər, Müsavatın Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı, partiyasının bir qrup fəalı, Azad Həsənovun yaxınları və jurnalistlər iştirak ediblər.

Məhkəmədə hakim İradə Həsənova elan edib ki, vəkil Osman Kazımovun vəsatəti əsasında Azad Həsənovun işini aparan müstəntiq Vüsal Məmmədov şahid qismində dəvət olunsa da, prosesə yenə gəlməyib.

Osman Kazımov bunu "polisin özünü məhkəmədən yüksək sayması” kimi qiymətləndirib. Daha sonra vəkil 2018-ci ilin oktyabrın 11-də Azad Həsənovun naməlum şəxslər tərəfindən aparılması ilə bağlı, onun ailə üzvlərinin 102 xidmətinə müraciətinin audio-yazısını məhkəməyə təqdim edib və bunun sübutlar siyahısına salınmasını istəyib.

Müstəntiq ifadə verməyə gəlmədiyi üçün proses yenidən təxirə salınıb. Məhkəmə zalında buna təpki göstərilib. İsa Qəmbər hakimə müraciət edərək, Azad Həsənov aylardır günahsız həbsdə saxlanıldığını bildirib və ona tezliklə bəraət hökmü çıxarılaraq sərbəst buraxılmasını tələb edib.

Məhkəmə 24 iyun saat 11:00-dək təxirə salınıb.

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.
Basta
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook