Uje", "davay", "neujeli" sözlərindən istifadə edən müəllimlər təlimlərə cəlb olunacaq

11 iyun 2019
Uje", "davay", "neujeli" sözlərindən istifadə edən müəllimlər təlimlərə cəlb olunacaqAMEA-nın Dilçilik İnstitutu Azərbaycan dilində əcnəbi sözlərə üstünlük verilməsinin qarşısının alınması üçün uşaq bağçası, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin təlimlərə cəlb olunmasını təklif edib.

Bunu "Report"a açıqlamasında İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, bununla bağlı yeni yaradılan Monitorinq Mərkəzi tərəfindən təlimlər keçirilməsi təklif edilib: "Sırf müəllimlər üçün müəyyən kurslar daxilində maarifləndirmə işlərinin aparılması təqdirəlayiqdir. Azərbaycan dilində heç bir problem yoxdur. Problem sadəcə olaraq dilin daşıyıcılarında, dildən istifadə edənlərdədir. Bəziləri öz milli sözlərimizi qoyub alınma sözlərə üstünlük verirlər. Misal üçün, bu gün bəziləri "uje", "davay", "neujeli", "astanovka", "xolodelnik" sözlərindən geniş istifadə edirlər. Bu sözlər dilimizdə baş alıb gedir. Baxmayaraq ki, bu sözlərin hamısının dilimizdə qarşılığı var".

M.Nağısoylu Azərbaycan dilinin saflığının qorunması üçün ailələrə və təhsil müəssisələrinə çağırış edib: "Dilimizdə əcnəbi sözlərə üstünlük verilməsinin qarşısının alınması üçün ailələrdən, baxçalardan başlanılmalıdır və daha sonra bu, orta və ali təhsil müəssisələrində davam etdirilməlidir. Beləliklə, uşaqlara izah etmək lazımdır".
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook