Qadın təyyarədə səhv qapını açdı, aləm bir-birinə dəydi - FOTO

11 iyun 2019
Qadın təyyarədə səhv qapını açdı, aləm bir-birinə dəydi - FOTOSərnişin təyyarəsində maraqlı hadisə baş verib.

Milli.Az nypost-a istinadla xəbər verir ki, Mançester şəhərindən İslamabada uçan təyyarədəki sərnişinlərdən birinin səhvinə görə uçuş 8 saat təxirə salınıb.

"Pakistan International Airlines"a aid 702 nömrəli təyyarədəki qadın sərnişinlərdən biri təhlükəsizlik kəməri siqnalına əhəmiyyət vermədən yerindən qalxaraq tualetə doğru qaçıb.

Təyyarənin arxa tərəfindəki tualet qapısının bağlı olduğunu görən qadın səhvən onun yanındakı təhlükəsizlik çıxışı qapısını açıb.

Nəticədə sərnişinlərin təyyarədən sürüşərək düşməsi üçün nəzərdə tutulan hava ilə doldurulmuş sürüşkən açılıb.

Panikaya düşən digər sərnişinlər həmin sürüşkən vasitəsi ilə təyyarəni tərk ediblər.

Xoşbəxtlikdən hadisə hələ təyyarə havalanmamış baş verib.

Havayolu şirkətindən verilən açıqlamaya görə, 38 sərnişin növbəti təyyarə ilə İslamabada göndərilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook