16 yaşlı yeniyetmə kişini bıçaqladı: Anasına “balam” deyib

12 iyun 2019
16 yaşlı yeniyetmə kişini bıçaqladı: Anasına “balam” deyibBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Oxu.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

“Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə, deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum”, - deyə Əli bildirib.

“Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbiləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda “ASAN xidmət”in arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum”.

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev də dindirilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Elvin Əliyev təqsirləndirilən şəxsdən şikayəti olmadığını qeyd edib.

Proses iyunun 18-də davam etdiriləcək.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook