“Azərsu“ ASC-nin tender şefi Almaniyada şirkət açıb – Madər Quliyev kimdir?

12 iyun 2019
“Azərsu“ ASC-nin tender şefi Almaniyada şirkət açıb – Madər Quliyev kimdir?“Azərsu Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb”.

Savash.org xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, Madər Quliyev 2013-cü il oktyabrın 2-də Charlottenburg (Berlin) ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi şirkət (şəhadətnamə nömrəsi: HRB 153117 B) LoMa TECHNİCAL CONSULT INTERNATİONAL GmbH adlanır.

Şirkət Berlinin Katteweg 26 ünvanında yerləşir və 2016-cı il aprelin 18-ə qədər LOTHAR ROHRBACH idarə edib: “LoMa” Lothar və Madər adlarının abbreviaturasıdır. Şirkət su mühəndis qurğularının texniki məsləhət xidmətlərinin həyata keçirilməsi ilə məşğuldur və Azərsu ASC-nin texniki qurğuların alınması ilə bağlı beynəlxalq səviyyəli sifarişləri bu şirkət üzərindən həyata keçirilir”.

Jurnalist bildirib ki, Madər Quliyev Azərsu ASC-nin bütün tenderlərinə cavabdeh şəxsdir. Yeri gəlmişkən, Səhmdar Cəmiyyətin tenderlərində tələb olunan birinci şərt belədir: “Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini (çap nüsxədə) yazılı formada ərizə təqdim etdikdən və hər lot üzrə geri qaytarılmayan 300 AZN (üç yüz Azərbaycan manatı) aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra qeyd olunan ünvandan əldə edə bilərlər”.

Yəni şirkətlər 300 manat vəsaiti nəticədən asılı olmayaraq, Azərsu ASC-yə ödəyir. Ölkədə dövlət nəzarətində olan müəssisələtdə tenderin necə keçirildiyi, dövlət sifarişlərinin hansı qaydada hansı şirkətlərə verildiyi hər kəsə aydındır. Yəqin əlavə izahata ehtiyac qalmır”.
Məsələ ilə bağlı Madər Quliyevin mövqeyini də dinləməyə hazırıq.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook