77 nəfəri xaricdə təhsil almaq adı ilə aldatdı - FOTO

12 iyun 2019
77 nəfəri xaricdə təhsil almaq adı ilə aldatdı - FOTOBakı Ağır Cinayətlər Məhkəməsində 77 nəfəri xaricdə təhsil almaq vədi ilə aldadaraq dələduzluq etməkdə təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi” (American School in Azerbaijan –ASIA) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə zərərçəkmişlər ifadə verərək pullarının ödənilməsini tələb ediblər.

Dövlət Neft Şirkətində işləyən Elçin Hüseynov deyib ki, 2021-ci ilə qədər xaricdə təhsil, dil kursunu keçənlərə daha yüksək maaş veriləcəyi üçün ABŞ-da kursa getmək istəyib: "Mən 1290 dollar verdim, qarşılanma, qidalanma, orada iki həftə qalmaq bu qiymətə daxil idi. Vizanı alandan sonra dedi ki, şənbə günü gedirsiniz. Mən də çamadanımı hazırladım. Beşinci gün AZAL-dan dəqiqləşdirəndə məlum oldu ki, mənim adıma nə bilet var, nə də bron. Zəng elədim, telefona cavab vermədi. Onda bildim ki, məni aldadıb”.

Tural Nəbiyev isə Kanadaya getmək üçün viza alınmasına kömək edəcəyi vədinə görə kredit götürərək Elvinə verib və indi pulunu tələb edir.

E.Məmmədzadə isə zərərçəkmişlərin tələblərinə belə etiraz edib: "Mən bu adamlara görə vizalar üçün təkcə səfirliyə 33 min pul ödəmişəm”.

Otellərdən birində ofisiant işləyən Elşən Alışov deyib ki, sosial şəbəkədə "work and travel” proqramı üzrə elan görüb və müraciət edib: "2990 dollar verdim, müqavilə bağladıq. Müqavilə belə idi ki, 160 dollar viza, 200 dollar da kursun qiyməti idi. Əgər alınmasa, bu məbləğlər çıxılmaqla qaytarılacaq. Müqaviləyə görə, 10 həftə ərzində qaytarılmalıydı. Amma qaytarılmadı”.

E.Məmmədzadə özünü qismən təqsirli bilib.
77 nəfəri xaricdə təhsil almaq adı ilə aldatdı - FOTO
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook