70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?

13 iyun 2019
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
Ötən əsrin 70-ci illərində Yaponiya SSRİ-dən tonlarla şüşə qırıqları alıb, sonra onu dənizə tökürdü. Sovet İttifaqında uzun müddət bu qəribə ticarətin sirrini öyrənməyə çalışırdılar. Sovetlər böyük məmnuniyyətlə böyük həcmdə şüşə qırıntısını taxta yeşiklərdə qablaşdırıb göndərirdi. Lakin yaponların dərhal tədarük edilən malı dənizə tökməsi də sirr olaraq qalırdı.

Əslində isə məsələnin məğzi başqaydı. Yaponlara şüşə deyil, şüşələrin qablaşdırılaraq, göndərildiyi taxta yeşiklər lazım idi. Küknar ağacından hazırlanan bu yeşiklər yaponlar üçün çox qiymətli xammal idi. O illərdə Yaponiyanın iqtisadiyyatı çətin günlər yaşayırdı və taxta istehsal etmək imkanı yox idi. SSRİ-nin ucsuz-bucaqsız Tayqa meşələri isə istənilən məhsulu taxta taralarla ixrac etməyə imkan verirdi. Qeyd edək ki, həmin illərdə Azərbaycanın “Badamlı” mineral suyu da yaponlar tərəfindən həvəslə alınırdı. Sonradan məlum olduğu kimi, suya və şüşəyə görə deyil, taxta yeşiklərə görə.

O ki, qaldı, dənizə tökülən şüşə qırıqlarına. Yaponlar şüşənin dənizin ekologiyasına zərər verməyəcəyini düşünmüşdülər. Onilliklər sonra dəniz sularının yuyub hamarladığı bu şüşələr bütün dünyada məşhur rəngli şüşələrdən ibarət çimərliyin yaranmasına səbəb oldu.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook