Bakının mərkəzində jurnalistin uşağına it hücum etdi - FOTO

13 iyun 2019
Bakının mərkəzində jurnalistin uşağına it hücum etdi - FOTOBakıda daha bir uşağa it hücum edib.

Savash.org publika.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən "Şəlalə" parkında baş verib.

İtin hücumuna məruz qalan uşaq publika.az-ın əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist bildirib ki, övladına hücum edən itin "ağızlığı" olmayıb:

"Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin "ağızlığı" yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik".

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

"Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik", - deyə o bildirib.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook