"Yanardağ"a giriş haqqı dəyişdiriləcək

13 iyun 2019
"Yanardağ"a giriş haqqı dəyişdiriləcəkAvqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Yanardağ" qoruğuna mediatur zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, avqustun 1-dən əcnəbi turistlər üçün "Yanardağ"a giriş haqqı 9 manat olacaq:

"Avqustun 1-dən qiymətlər fərqli olacaq. Yerli turistlər üçün qiymətlər yenə də 2 manat olacaq. Amma tələbələr üçün qiymət 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".

Agentlik sədri qeyd edib ki, əcnəbi turistlər üçün qiymət artımı olsa da, buraya turist səfəri təşkil etməyi nəzərdə tutan və bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm şirkətləri üçün köhnə qiymətlər tətbiq ediləcək.

F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir: "Hazırda da turistlərin sayında dinamika müşahidə edilir. Yerli əhali də bura gəlməyə maraqlıdır. Bura gələnlərin sayını artırmaq üçün təbliğatı davam etdirməliyik. Hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olacaq".
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook