Ekspertlərin “sentyabrın 1-nə qayıdış” təklifi: TƏHSİL NAZİRLİYİ AÇIQLAMA VERMƏKDƏN YAYINDI

13 iyun 2019
Ekspertlərin “sentyabrın 1-nə qayıdış” təklifi: TƏHSİL NAZİRLİYİ AÇIQLAMA VERMƏKDƏN YAYINDI
“Birmənalı olaraq deyirəm ki, dərslər sentyabrın 1-i başlamalı, mayın 31-i bitməlidir”

Sfera.az-a açıqlamasında bu sözləri orta məktəblərdə dərslərin başlanma və bitrməsi müddətilə bağlı səslənən fikirlərə münasibət bildirərkən təhsil eksperti Vagiq Abışov deyib:

“Uzun müddət təhsil sahəsində çalışan bir müəllim kimi deyə bilərəm ki, vaxtilə sentyabrın 1-də dərsə başlayıb, mayın sonunda onu başa vuran şagirdlərin savad dərəcədi, təhsildə göstərdikləri nailiyyətlər , imtahanlarda topladığı ballar indikindən qat-qat yüksək idi. Burada söhbət haçan başlamaq və haçan başa çatdırmaqdan getmir. Söhbət orta ümumtəhsil məktəblərində verilən təhsil, elm və şagirdlərə yanaşma və onları qane edən formadan gedir. Birmənalı olaraq bu fonda deyirəm ki, dərslər sentyabrın 1-i başlamalı, mayın 31-i bitməlidir. İnsanlarımızın, valideyn, müəllim və şagirdlərin psixologiyasında bu forma qalıb. Mayın 31-dən sonra məktəblərdə dərslər demək olar ki, keçirilmir. Proqram mayın 31-də başa çatır, dərs kitabları yığılırsa, bal toplama baxımından nəticə yoxdursa, nə fərqi var ki, tətbiq olunaraq dərslər sentyabrın 15-də başlayıb, iyunun 15-də də başa çatır”.

Həmsöhbətimiz düşünür ki, əhalinin də mütləq əksəriyyəti dərslərin məhz sentyabrın 1-də başlayıb, mayın 31-də bitməsinin tərəfdarıdır:
“İctimaiyyət arasında geniş sorğu aparılsa, deyərdim ki, onların 99 faizi dərslərin sentyabrın 1-də başlayıb mayın 31-də qurtarmasını daha əlverişli sayacaqlar. Həm məktəb, həm təhsil, həm uşaqlar, həm də müəllimlərimiz üçün. Qüvvəni müəllimin elmi potensialı və maddi durumunu yaxşılaşdırmağa, məktəblərin iqtisadi durumu və tədrisi gücləndirməyə verməliyik”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Büllurə Hacızadə isə məsələ ilə bağlı sualımıza ancaq yazılı sorğu göndərildikdən sonra cavab verə biləcəklərini dedi.

Qeyd edək ki, son günlər cəmiyyətdə tanınan bir çox insanlar orta məktəblərdə dərslərin sovet dönəmi və müstəqillik illərinin ilk dövründə olduğu kimi sentyabrın 1-də başlayıb mayın 31-də bitməsi qaydasına qayıdılmasının vacibliyini vurğulanmağa başlayıblar. Hətta keçirilən mini sorğularda validenylərin əksəriyyəti də əvvəlki qaydalara qayıdılmasının daha məqbul olduğunu bildiriblər.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook