Əhmədzadə ilə bağlı sensasion korrupsiya iddiaları

13 iyun 2019
Əhmədzadə ilə bağlı sensasion korrupsiya iddialarıAzərbaycanda korrupsiyaya bataqlığında çabalayan qurumlardan birinin Meliorasiya və Su Təsərrüfatı ASC olması hər kəsə bəllidir.

İllərdi dövlət büdcəsindən bu quruma ayrılan milyardlarla manat vəsaitin böyük bir hissəsinin mənimsənilməi göz qabağındadır. Bu barədə faktlar da ortalıqdadır. Və uzun illərdir ki, bu faktlar ortalıqda durmaqdadır. Son olaraq qurumdakı korrupsiya və mənimsəmə hallarının miqyasını ASC rəhbərinin ölkə xaricində aşkarlanan böyük biznes şəbəkəsi ortaya qoymuş oldu.

O da heç kimə sirr deyil ki, bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevriliblər. Əlbəttəki milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxllara çevriliblər. Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi havadarları mövcuddur.

Savash.org xəbər verir ki, milliyol.az saytının yazdığına görə, qurumda idarə müdirlərinə havadarlıq edən ayrı-ayrı iri çaplı məmurlar əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin vitse prezidentləri və Aparat rəhbərliyi səviyyəsində hayata keçirilir. Mənbənin bildirdiyinə görə ASC-nin Aparat rəhbəri Cahan Məmmədov qurumda korrupsiyanın idarə olunmasında əsas "kuratorlardan" biridir.

Qeyd edək ki, Cahan Məmmədov qurumda əsasən Qərb rayonlarından olan idarə müdirlərinə himayədarlıq edir. Bu rayonlar isə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Göygöl, Samux və digər rayonlar olduğu bildiriilir.

Mənbə bildirib ki, Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qərb regionu ilə bağlı "xaç atası" olmaqla yanaşı, həmçinin geniş əlaqələrə sahib biri kimi tanınır. Cahan Məmmədovun da öz şefi Əhməd Əhmədzadə kimi ölkədə və ölkə xaricində biznes şəbəkəsi olduğu da vurğulanır.

Qeyd edək ki, Tovuz Rayon icra başçısı (el arasında zəhər Mamed kimi tanınan) Məmməd Məmmədov Cahan Məmmədovun qadaşıdır.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook