Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu - FOTO

14 iyun 2019
Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu - FOTORusiyanın Sankt-Peterburq şəhərində "qara bankirlər" yaxalanıb.

Savash.org virtualaz.org-a istinadən xəbər verir ki, tutulan cinayətkar dəstənin rəhbəri kommunal mənzildə yaşayırmış və "peşə həmkarları"ndan fərqli olaraq, nağdlaşdırmanın faizini xeyli qaldırıbmış.

Nağd pul "sifarişçilər"ə Peterburqun Liqov prospektində Moldova vətəndaşı tərəfindən verilirmiş.

Mənbəyə əsasən, iyunun 13-də iqtisadi polisin "bank" şöbəsinin əməkdaşları əldə etdikləri informasiya əsasında axtarış tədbirləri həyata keçiriblər.
Nəticədə, üç nəfər Rusiya federasiyası Cinayət Məcəlləsinin 172-ci (qeyri-qanuni bank fəaliyyəti) maddəsi üzrə şübhəli bilinərək saxlanılıblar.

Saxlanılanlardan ikisi Azərbaycan vətəndaşı, biri isə Moldovadandır. Onlar 14,5 faizlə 130 milyon rubl nağdlaşdırıblar və bu əməliyyatlar nəticəsində yalnız ötən ilin son altı ayında 18 milyon rubl qazanıblar.

Cinayətkar dəstə bu məqsədlə saxta "Standart" MMC-nin bank hesabından istifadə edirmiş.
Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu - FOTO
Xəbəriniz olsun

17.06.2019 - Ağstafada bazarda "Kalaşnikov"la qətliam törədildi: 4 ölü, 3 yaralı...

17.06.2019 - Eldar Sabiroğlu oğlundan imtina etdi - FOTO

17.06.2019 - Quran dərsi keçmək adıyla qızı evinə gətirdi və... - BİLƏSUVARDA MOLLA NİYƏ DÖYÜLDÜ?

16.06.2019 - Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü

16.06.2019 - Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu

15.06.2019 - Ələt-Şirvan dəmiryolu xəttində yanğın başlayıb - FOTO - VİDEO

15.06.2019 - Mehriban Əliyevadan Elçibəy ailəsinə jest: yas xərcləri...

15.06.2019 - 2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

15.06.2019 - Usubovun kürəkəninə yüksək vəzifə verildi

15.06.2019 - Ulduzlar iyunun 15-ə nə vəd edir? - FAL

14.06.2019 - Qızının özünü binadan atdığını görən ana da özünü atıb – Şok intiharın təfərrüatı

14.06.2019 - Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ

14.06.2019 - İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Facebook