"AİLƏN NİYƏ HİCAB ÖRTMÜR?": Axund təhqir etdi, dindarlar "beşbarmaq"la vurdu - BAKIDA ŞOK+VİDEO

14 iyun 2019
"AİLƏN NİYƏ HİCAB ÖRTMÜR?": Axund təhqir etdi, dindarlar "beşbarmaq"la vurdu - BAKIDA ŞOK+VİDEOBakının Mehdiabad qəsəbəsində dini zəmində vətəndaşı vəhşicəsinə döyüblər

Savash.org xəbər verir ki, bu barədə PİA.az-a zərəçəkən Qismət Salahovun yaxınları məlumat veriblər.

Hadisə Mehdiabad qəsəbəsinin Digah məscidində baş verib. Belə ki, məscidin axundu Hacı Rza məscidə namaz qılmağa gələn Qismət Salahovu əvvəl təhqir edib: “Sən necə mömünsən ki, sənin ailən hicab örtmür”, deyən axund zərəçəkənə qarşı ədəbsiz ifadələr işlədib. Məsciddən evə döndükdən sonra axşam saatlarında bir qrup şəxs onu evindən çölə çağırıb və uşaqlarının gözü qabağında vəhşicəsinə döyməyə başlayıblar. Qismət Salahovun baş nahiyəsinə beşbarmaqla ağır zərbələr endirilib.

Qismət Salahov ağır vəziyyətdə Musa Nağıyev adına təcili yardım xəstəxanasına qaldırılıb. Hazırda Q.Salahov Musa Nağıyev adına xəstəxananın travmatologiya şöbəsində 307-ci palatada yatır. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Maraqlıdır ki, təcili yardım xəstəxanasında Salahova verilən tibbi arayış itib.
Xəbəriniz olsun

17.06.2019 - Ağstafada bazarda "Kalaşnikov"la qətliam törədildi: 4 ölü, 3 yaralı...

17.06.2019 - Eldar Sabiroğlu oğlundan imtina etdi - FOTO

17.06.2019 - Quran dərsi keçmək adıyla qızı evinə gətirdi və... - BİLƏSUVARDA MOLLA NİYƏ DÖYÜLDÜ?

16.06.2019 - Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü

16.06.2019 - Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu

15.06.2019 - Ələt-Şirvan dəmiryolu xəttində yanğın başlayıb - FOTO - VİDEO

15.06.2019 - Mehriban Əliyevadan Elçibəy ailəsinə jest: yas xərcləri...

15.06.2019 - 2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

15.06.2019 - Usubovun kürəkəninə yüksək vəzifə verildi

15.06.2019 - Ulduzlar iyunun 15-ə nə vəd edir? - FAL

14.06.2019 - Qızının özünü binadan atdığını görən ana da özünü atıb – Şok intiharın təfərrüatı

14.06.2019 - Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ

14.06.2019 - İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Facebook