İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

14 iyun 2019
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edirTəhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Kubok uğrunda mübarizədə aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar “Gəncə”, “Nar” və “Kapital” komandalarıdır.

Şirkətin mətbuat xidmətindən Savash.org-a daxil olan məlumata görə, bu ilin martından başlayan yarışın on üçüncü mövsümü respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda ilə başlayıb. Komandalar yarışın baş sponsoru olan “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparırlar. “Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər. Yarış efirdə yayımlandığı saatda “Nar”-ın “Facebook” səhifəsində paylaşılan suala ən tez cavab verən şəxslər müxtəlif hədiyyələrlə təltif edilirlər. May və iyun aylarının qalibləri İsrafil Əhmədov, Mikayıl Mikayıllı, Əhməd Kamalov, Üzeyir Mehralı və Vüqar Şirinzadədir.

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

17.06.2019 - Ağstafada bazarda "Kalaşnikov"la qətliam törədildi: 4 ölü, 3 yaralı...

17.06.2019 - Eldar Sabiroğlu oğlundan imtina etdi - FOTO

17.06.2019 - Quran dərsi keçmək adıyla qızı evinə gətirdi və... - BİLƏSUVARDA MOLLA NİYƏ DÖYÜLDÜ?

16.06.2019 - Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü

16.06.2019 - Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu

15.06.2019 - Ələt-Şirvan dəmiryolu xəttində yanğın başlayıb - FOTO - VİDEO

15.06.2019 - Mehriban Əliyevadan Elçibəy ailəsinə jest: yas xərcləri...

15.06.2019 - 2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

15.06.2019 - Usubovun kürəkəninə yüksək vəzifə verildi

15.06.2019 - Ulduzlar iyunun 15-ə nə vəd edir? - FAL

14.06.2019 - Qızının özünü binadan atdığını görən ana da özünü atıb – Şok intiharın təfərrüatı

14.06.2019 - Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ

14.06.2019 - İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Facebook