Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ

14 iyun 2019
Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri Oqtay Şirəliyevin bloqqer-jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasnda şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə T. Kərimov məlumat yayıb. Bildirib ki, bu günə təyin olunan prosesdə elan olunub ki, O.Şirəliyev şikayətini geri götürüb. Buna görə də şikayət icraata qəbul edilməyib.

Xatırladaq ki, Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirərək, onkoloji xəstə olan anasından xəstəxanada rüşvət tələb olunduğunu, dərmanların verilmədiyini iddia edib. O, dərmanları almaq üçün üst paltarını soyunaraq satışa çıxardığını bildirib.

Səhiyyə Nazirliyi isə açıqlama yayaraq T.Kərimovun dediklərini təkzib edib.

O.Şirəliyev isə məhkəmədə xüsusi ittiham qaydasında şikayət qaldıraraq, T.Kərimovun nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırdığını bildirib.

Nazir T.Kərimovun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın verilməsini istəyirdi

Qeyd edək ki, T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.

Report
Xəbəriniz olsun

17.06.2019 - Ağstafada bazarda "Kalaşnikov"la qətliam törədildi: 4 ölü, 3 yaralı...

17.06.2019 - Eldar Sabiroğlu oğlundan imtina etdi - FOTO

17.06.2019 - Quran dərsi keçmək adıyla qızı evinə gətirdi və... - BİLƏSUVARDA MOLLA NİYƏ DÖYÜLDÜ?

16.06.2019 - Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü

16.06.2019 - Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu

15.06.2019 - Ələt-Şirvan dəmiryolu xəttində yanğın başlayıb - FOTO - VİDEO

15.06.2019 - Mehriban Əliyevadan Elçibəy ailəsinə jest: yas xərcləri...

15.06.2019 - 2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

15.06.2019 - Usubovun kürəkəninə yüksək vəzifə verildi

15.06.2019 - Ulduzlar iyunun 15-ə nə vəd edir? - FAL

14.06.2019 - Qızının özünü binadan atdığını görən ana da özünü atıb – Şok intiharın təfərrüatı

14.06.2019 - Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ

14.06.2019 - İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Facebook