Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24 iyun 2019
Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilirAzərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək.

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 5 saylı Əlavəsinin “1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti (“sarı kəsişmə toru”) təklif olunur.

Layihədə bildirilib ki, yolayrıclarının “sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.

Təklif olunan növbəti nişanlardan biri də 5.53 “Daimi sağa dönmə” nişanıdır.

Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.

Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.

Report
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook