Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24 iyun 2019
Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞTəhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün digər maraqlı tərəfləri 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində aktiv iştiraka dəvət edib.

Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin aprel ayının ortalarından başlamış proses iyul ayının ortalarına qədər davam edəcək.

“Hazırda ən çox baxış sayının I sinif “Azərbaycan dili (tədris dili)” dərslik layihəsinə aid olduğu müşahidə edilir.

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya bilər, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri və bütün digər maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməyə dəvət edir”, - məlumatda deyilir.
Xəbəriniz olsun

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

16.07.2019 - Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı - VİDEO

Facebook