Orxan Zeynalovun həbsxana görüntüləri (VİDEO)

28 noyabr 2014
Orxan Zeynalovun həbsxana görüntüləri (VİDEO)Rusiya Ali Məhkəməsi bu gün keçirilən iclasında Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apellyasiya şikayətinə baxıb. Məhkəmə Zeynalovun günahkar olduğuna qərar verib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Ali Məhkəmədə baş tutan açıq iclasa Orxan Zeynalov həbsxanadan video bağlantıyla qatılıb. Onun üzünün tüklü olması və olduqca sakit davranışı diqqət çəkirdi. Amma iclas açıq olsa da Orxan Zeynalovın çıxışı zamanı mətbuat nümayəndələri zaldan çıxarıldı. Yalnız onun video müraciəti bitdikdən sonra jurnalistlərə müşahidələrini davam etdirməyə icazə verildi.

Məhkəmə prosesində Yeqor Şerbakovun atası və Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev də iştirak edirdi. İki saata yaxın davam edən prosesdən sonra hakim bu cinayətlə bağlı son qərarı açıqladı. Zeynalovun apellyasiya şikayəti təmin edilmədi. 17 illik həbs cəzası və Şerbakovun ailəsinə 3 mln. rubl təzminat ödənilməsi barədə hökm qüvvədə qaldı.

Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev: "Məhkəmə qərarını verdi. Bunu qeyd etmək istəyirəm ki, Orxan Zeynalov bu qərara qarşı artıq bundan sonra etiraz etməyi düşünmür. Biz vəkillər olaraq həqiqətin ortaya çıxması üçün əlimizdən gələni etdik. Hər şeyin Rusiya qanunlarına görə həll edilməsinə çalışdıq”.

2013-cü il oktyabrın 10-da Qərbi Biryulevo rayonunda baş vermiş qətl hadisəsi yerli əhalinin ayağa qalxmasına və qafqazlılar əleyhinə etiraz aksiyaları keçirilməsinə səbəb olmuşdu. Nəticədə Rusiya hüquq-mühafizə orqanları 400-ə yaxın adamı həbs etmişdi.
Xəbəriniz olsun

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

13.08.2018 - Bakıda intiharın qarşısı alındı

13.08.2018 - Fədayə Laçın məhkəmədə DANIŞDI: "Qoca ilə qatarda gizlin..."

13.08.2018 - İlqar Məmmədov azadlıqda: Şəki Apellyasiya məhkəməsi REAL sədri haqda qərar verdi

11.08.2018 - İran Türkiyənin müdafiəsinə qalxdı

11.08.2018 - SOCAR-da yüksək vəzifədə çalışan şəxsin oğlu intihar etdi – Evinin qarajında… – Foto

11.08.2018 - "Azərişıq" ASC şişirdilmiş borc qəbzləriylə bağlı açıqlama yaydı: "Günah kondinsionerlərdədir..."

Facebook