Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldı

03 iyul 2019
Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldıBakının Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 26-da 9 mərtəbəli yaşayış binasının yaxınlığında əl qumbarası tapılıb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları gəlib.

Mütəxəssislər tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hazırda baxış keçirilir, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd əl qumbarası aşkar olunub.

Hazırda qumbaranın zərərsizləşdirilməsi üçün sözügedən qurumların əməkdaşları iş aparır.

Hadisə yerindən verilən məlumata görə, qumbara ağacın dibinə basdırılıb. Vətəndaşlardan biri bunu aşkar etdiyi üçün, polisə məlumat verib. Hazırda qumbaranın kim və nə vaxt həmin əraziyə basdırıldığı istiqamətində araşdırma aparılır.

Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldı
Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldı
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook