Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslər imtahan verəcəklər - Yenilik

03 iyul 2019
Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslər imtahan verəcəklər - Yenilik“Yeni övladlığa götürmə modelinin əsas xüsusiyyətlərindən biri odur ki, valideyn namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılacaq Alt sistemdə qeydiyyatdan keçəcəklər. Bundan sonra sosial işçilər valideyn namizədlərin evlərində müsahibələr təşkil edəcək, mənzil şəraitini yoxlayacaqlar”.

Savash.org bildirir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.

Onun sözlərinə görə, o mərhələdən uğurla keçən valideyn namizədlər DOST mərkəzlərinin təşkil etdiyi təlimlərdə iştirak edəcəklər: “Bu təlimlər övladlığa götürmənin əhəmiyyətinin artırılması ilə bağlı valideyn namizədlər üçün olan psixoloji-sosial əhəmiyyətli testlərdir. Valideyn namizədlər həmin təlimlərdən keçdikdən sonra imtahanlarda iştirak edərək qiymətləndiriləcəklər. Müəyyən keçid balından uğurla keçən valideyn namizədlər növbəti mərhələyə buraxılacaqlar.

F.Ələkbərov eyni zamanda qeyd edib ki, indiki qanunvericilikdə 10 yaşına çatmış şəxslərin övladlığa götürülməsi ilə bağlı razılığı tələb olunur. Bu tələb yenə də qüvvədə qalacaq: “Eyni zamanda 7 yaşına çatmış uşaqların övladlığa götürülmə zamanı fikirləri, rəyləri nəzərə alınacaq. Bundan əlavə, övladlığa götürmə prosesində uşaqların yerləşdiyi müəssisədə valideyn namizədlərlə uşaqların görüşü təşkil olunacaq. Orada həmin uşaqların valideyn namizədlərlə uyğunluğu yoxlanılacaq, sosial işçilər onları müşahidə edəcəklər. Uşaqlar valideyn namizədlərlə uyğundularmı, onlara öyrəşə, mehribanlaşa bilirlərmi, ailə mühiti çərçivəsində onlarla birlikdə yaşaya biləcəkmi və s. yoxlanılacaq.

Eyni zamanda valideyn namizədlərin də hansı uşaqları övladlığa götürmək istəmələrinə dair tələbləri nəzərə alınacaq. Uşaqların də rəyi əvvəldən öyrəniləcək, onlar necə ailədə, şəhərdə, yoxsa kənddə, ailə mühitində və ya bir valideynlə yaşamaq istəyirlər, bunlar nəzərə alınacaq. Təbii ki, erkən yaşda olan uşaqların bu cür istəkləri olmur, çünki onların özlərini dərketmə qabiliyyətləri hələ müəyyən qədər aşağı olur. Müəyyən yaşdan sonra isə uşaqların öz fikirləri, istəkləri olur”.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook