Bakıda məhkəmə hakiminin 1700 manatlıq velosipedini oğurlayıblar

05 iyul 2019
Bakıda məhkəmə hakiminin 1700 manatlıq velosipedini oğurlayıblarBakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Elxan Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Vüsal Qurbanovun icraatına verilən iş üzrə hazırlıq iclası iyulun 18-də keçiriləcək. Qeyd edək ki, bu ilin mart ayında Xətai rayonu, A.Cəlilov küçəsi ev 26 ünvanında dəyəri 1700 manat olan velosiped oğurlanıb.

Velosipedin sahibi, 1969-cu il təvəllüdlü İmanov Azad Nizami oğlu bu barədə polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, velosiped zəncirlənmiş vəziyyətdə olub və zəncir qıfılını qıraraq velosipedi oğurlayıblar.

Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

Onun başqa oğurluq hadisələri törətməsi də müəyyənləşib. Cinayət işi üzrə 4 zərərçəkən var. E.Mansurova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, oğurlanan velosipedin sahibi A.İmanov Bakı Apelyasiya Məhkəməsinin hakimidir.
Xəbəriniz olsun

17.07.2019 - Xəzəri hasarlayanlara qarşı böyük plan – Video

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

Facebook