Terrorçular azərbaycanlıların kəndlərinə hücuma başladı

05 iyul 2019
Terrorçular azərbaycanlıların kəndlərinə hücuma başladıPKK-nın İran qolu olan PJAK Cənubi Azərbaycanın azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlara başlayıb.

Savash.org “Yeni Şafak” qəzetinin yazdıqlarına istinadən xəbər verir ki, PJAK yaraqlıları azərbaycanlıların yaşadıqları kəndlərin sakinlərini evlərindən qovmağa çalışır. İranın Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə nəinki baş verənlərə müdaxilə etmir, üstəlik onun PKK yaraqlılarına aylıq maaş ödədiyi bildirilir.

Xəbərə görə Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi son “Pəncə” əməliyyatı nəticəsində sıxışdırılan PKK İranın Türkiyə ilə həmsərhəd bölgəsində yerləşən, azərbaycanlılar yaşayan kəndlərə hücumlar etməyə başlayıb. Urmiyə, Xoy, Səlmas, Çaldıran və Maku vilayətlərinin onlarla kəndində yaşayan azərbaycan türkləri təhdid altındadır. Həmin kəndlərə aylardır elektrik və su verilmir, məktəblərin çoxu bağlanıb. PJAK terrorçuları kəndlərə girərək sakinləri təhdid edir.

PJAK-ın iki gün əvvəl həyata keçirdiyi hücum zamanı Həsən Dərgahi, Tohit Müsteşari və Əli Əskər Heydərzadə adlı üç azərbaycanlı həlak olub. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Makuyi bildirib ki, İran azərbaycanlılarına qarşı təhdidlər Türkiyə ordusunun son əməliyyatlarından sonra artıb.

“PJAK terrorçuları sərhəd kəndlərinə girərək sakinləri kəndləri boşaltmağa məcbur etmək istəyir. Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyari isə kəndlərin elektrik, su və digər infrastruktur xidmətlərini əngəlləyir. Daha əvvəl azərbaycanlılar əleyhinə bir çox təxribatlar həyata keçirən valini kürd əsilli daxili işlər naziri Rəhmani Fazli himayə edir”,-Elyar Makuyi bildirib.

Xəbərə görə Türkiyə ilə sərhəddəki azərbaycanlı kəndlərinə PJAK terrorçularının həmlələrinə göz yuman daxili işlər naziri bu yaxınlarda Qəndil dağlarına da baş çəkib. PKK terrorçuları ilə foto çəkdirən Rəhmani Fazli İranın bütün məzlumlar üçün “ümid yeri olduğunu” deyib.

Yerli sakinlər deyirlər ki, İranın təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndlərə həyata keçirdikləri silahlı hücumlara göz yumur. /Virtualaz.org
Xəbəriniz olsun

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

16.07.2019 - Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı - VİDEO

Facebook