Bakıda İYRƏNCLİK: Dondurma bu şəraitdə hazırlandı (FOTO)

05 iyul 2019
Bakıda İYRƏNCLİK: Dondurma bu şəraitdə hazırlandı (FOTO)Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Mingəçevir şəhəri, M.Rəhimov küç. 81A ünvanında fiziki şəxs Əliyev Məhəmməd Yaqut oğluna məxsus antisanitar şəraitdə dondurma istehsal edilməsi ilə bağlı şikayət daxil olub.

AQTA-dan Unikal.org-a verilən məlumata görə, daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Dondurma istehsalı müəssisəsində ventilyasiya sisteminin təmin edilmədiyi və istehsal sahəsində antisanitar şəraitin hökm sürdüyü aşkar edilib. Müəssisədə istifadə olunan çənlərin və avadanlıqların dezinfeksiyasının aparılmadığı, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal, su, vafli və digər inqridiyentlərin laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.

Aşkar olunan nöqsanlar əsasında dondurma istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.
Bakıda İYRƏNCLİK: Dondurma bu şəraitdə hazırlandı (FOTO)
Bakıda İYRƏNCLİK: Dondurma bu şəraitdə hazırlandı (FOTO)
Xəbəriniz olsun

17.07.2019 - Xəzəri hasarlayanlara qarşı böyük plan – Video

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

Facebook