“Rustavi 2” telekanalının rəhbərliyi üzr istəyib

08 iyul 2019
“Rustavi 2” telekanalının rəhbərliyi üzr istəyib
Ötən gecə etirazlar səbəbindən yayımını dörd saata yaxın dayandıran Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı yayımını bərpa edib. Bu gün səhər saat 07:30-da kanal əməkdaşları yenidən efirə çıxıblar.

“Rustavi 2”nin baş direktoru Nika Qvaramia bildirib ki, yayımın dayandırılması barədə qərar təhlükəsizlik baxımından qəbul edilib.

Qeyd edək ki, “Rustavi 2”yə qarşı etirazlara səbəb ötən axşam efirdə yayımlanan “Postskriptum” proqramı olub. Aparıcı Giorgi Qabunia Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqramı Gürcüstan hökuməti və ictimaiyyəti böyük narazılıqla qarşılayaraq, bunu dövlət və xalqa qarşı təxribat kimi qiymətləndiriblər.

Gecə saatlarında televiziya kanalının ofisi yaxınlığında kütləvi etiraz aksiyası keçirilib. Etirazçıların bir qismi G.Gabunianın üzr istəməsini, digər qismi isə kanalın bağlanmasını tələb ediblər. “Rustavi 2” kanalının rəhbərliyi G.Qabunianın ifadələrinə görə tamaşaçılardan üzr istəyib.

Etiraz fonunda televiziya kanalının iki əməkdaşı işdən çıxıb.
Xəbəriniz olsun

17.07.2019 - Yol polisindən sürücülərə VACİB XƏBƏRDARLIQ

17.07.2019 - Xəzəri hasarlayanlara qarşı böyük plan – Video

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

Facebook