Tanınmış aparıcı Space-dən qovuldu

12 yanvar 2015
Tanınmış aparıcı Space-dən qovuldu“Space” TV-də yayımlanan “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova proqramı tərk edib.

O, sosial şəbəkədəki hesabında qeyd paylaşıb. V.Kərimova bildirib ki, gələn həftədən verilişi tanınmış aktrisa Mehriban Xanlarova aparacaq: “Dəyərli dostlarım, məni sevənlər, uğuruma sevinənlər! 13 yanvardan etibarən bir daha məni "Günaydın" verilişində görməyəcəksiniz. Səbəbi çox bəsit: ürəyim getmək istədi getdim. Çox sevindirici haldır ki, məhz bu - 13 yanvara təsadüf edəcək. 13 rəqəmi hər zaman düşərlim olub. Və daha bir sevindirici hal mənim əvəzimə "Günaydın"da çox sevdiyim sənətkar, əməkdar artist Mehriban Xanlarova olacaq. Məni əvəz etmək elə də asan deyilmiş. Canım Mehriban xanıma yeni işində uğurlar arzu edirəm. Sizinlə isə yeni layihədə görüşənədək”.

Ailem.az-ın əldə etdiyi məlumata görə, aparıcının müəllifi olduğu verilişi tərk etməsinə səbəb bir müddət öncə müğənni Xatirə İslamla yaşadığı qalmaqaldır. Xatırladaq ki, Xatirəni verilişinə dəvət edən aparıcı ona müğənni Rüfət Axundovla eşq yaşadığı barədə sual vermiş, bundan sonra isə müğənni ilə aparıcı arasında qalmaqal yaşanmışdı. Xatirə öz növbəsində üstüörtülü şəkildə aparıcı V.Kərimovanın kimlə sevgili olduğunu açıqlaya biləcəyini demişdi. Vüsalə isə subay olduğunu və kiminləsə sevgili olmağının problem olmadığını, Xatirənin isə evli olduğunu deyərək ciddi qalmaqala səbəb olmuşdu. Deyilənə görə, bu dava da Vüsalə Kərimovanın "Space"dəki karyerasının sonlanmasına səbəb olub.

Onu da qeyd edək ki, aparıcının məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook