Kadırov da Putini söyən gürcü jurnalisti söydü

09 iyul 2019
Kadırov da Putini söyən gürcü jurnalisti söydü“Gürcüstanın Prezidenti, Baş Naziri jurnalist Georgi Qabuniyanın hərəkətinə görə Vladimir Putindən dərhal rəsmi və ictimai formada üzr istəməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Çeçenistan lideri Ramzan Kadırov “Rustavi 2” kanalının efirində jurnalistin Rusiya Prezidentini və valideynlərini təhqir etməsinə münasibət bildirərkən səsləndirib.

Kadırov hesab edir ki, hər şey kanalın düşündüyü kimi baş verib. Əks halda Qabuniyanın çıxışı elə ilk saniyədən dayandırılardı: “O nə kişi, nə də Qafqaz oğlu sayılır. Qafqazda kişilər heç qan davası olduğu şəxslərin ünvanına belə təhqiramiz sözlər işlətmirlər. Bu, Gürcüstan və gürcü xalqı üçün rüsvayçılıqdır. Jurnalistin kobud ifadələri rus xalqına, ayrı-ayrılıqda Rusiya vətəndaşlarına qarşı təhqirdir”.

Çeçenistan lideri onu da vurğulayıb ki, Rusiya vətəndaşı olan gürcülərə təsir etməyəcək formada Gürcüstana qarşı ciddi sanksiyalar tətbiq etmək lazımdır.

Savash.org xatırladır ki, “Rustavi 2”də yayımlanan “P.S.” proqramının aparıcısı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib.
Xəbəriniz olsun

17.07.2019 - Azərbaycanda deputatın oğlu qaz oğrusudur?

17.07.2019 - Yol polisindən sürücülərə VACİB XƏBƏRDARLIQ

17.07.2019 - Xəzəri hasarlayanlara qarşı böyük plan – Video

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

Facebook