"Qıldığı namaz belini qırsın" - Partiya sədri Ziya Məmmədova qarğış tökdü

10 iyul 2019
"Qıldığı namaz belini qırsın" - Partiya sədri Ziya Məmmədova qarğış tökdüSabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bildirilir ki, Z.Məmmədov Quranı müataliə edir, namaz qılır, bədii ədəbiyyatla məşğul olur, həmçinin şeir də yazır.

Savash.org xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev Moderator.az-a açıqılamasında bunu gülüşlə qarşılayıb.

O bildirib ki, bu, milləti ələ salmaqdan başqa bir şey deyil:

“Bunlar indi keçmişlərini xatırlayırlar. Keçmişdə rüşvət almaqlarını, dövləti dağıtmalarını, qabaqlarında rəqqasələr oynatmalarını xatırlayanda köks ötürüb deyirlər ki, “Ay Allah, niyə bu yağlı tikə əlimizdən çıxdı?!” İndi də bəziləri şeir yazır, Ziya Məmmədov namaz qılır, namaz onun belini qırsın, Quran ona qənim olsun. Bunlar bir növ millətlə məzələnirlər ki, “Ay millət, bir vaxt sənin milyardlarını yedim və indi də oturub şeir yaza bilərəm”. Bunlar hələ molla da ola bilərlər. İndi haranı araşdırırsan milyardlardan söhbət gedir. Buna görə də günah millətdədi, millət öz taleyinə biganədir. Bunların etdiklərinin hamısı millətə sataşmaqdı. Onlar xaricdə qurduqları müəssisələri gəlib ölkəmizdə yaradaydılar və elə öz millətimiz də orda işləyərdi. Sadəcə olaraq bunlarınki milləti, xalqı barmağına dolamaqdı.

H.Hacıyev Z.Məmmədovu oğlu haqqında da şeir yazmağa çağırıb:

“Ziya Məmmədov getsin bir şeir də oğluna yazsın, bir şeir də milyardlarla yediyi pullar haqqında yazsın. İndi gərək Z.Məmmədov içəridə olaydı. Əgər o, türmədə şeir yazsaydı, buna normal baxmaq olardı. O, altı yüz minlik maşında gəzir, bu cür yaşamağa nə var ki? Milləti talan edib, dağıdıb indi də şah kimi yaşayır. Bu cür adamların Allahı, peyğəmbərləri yoxdur. Z.Məmmədova məsləhətim odur ki, namaz qılmağını, Quran oxumağını və şeir yazmağını başqa yerdə etsin, bunlar bu millətə keçməz”.
Xəbəriniz olsun

17.07.2019 - Yol polisindən sürücülərə VACİB XƏBƏRDARLIQ

17.07.2019 - Xəzəri hasarlayanlara qarşı böyük plan – Video

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

Facebook