Dilqəm Əsgərovun oğlundan ilginc açıqlama:"Atamı kimin əliylə tutublar bilirəm"

11 iyul 2019
Dilqəm Əsgərovun oğlundan ilginc açıqlama:"Atamı kimin əliylə tutublar bilirəm"Ermənistanın girov saxladığı azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov özünün facebook səhifəsində atasının girov götürülməsinin 5-ci ildönümü ilə bağlı olduqca diqqətçəkən status paylaşıb.

Kürdoğlu Əsgərov yazıb: “2014 cü ilin 9 iyul ayında Sahbazı Quliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürüldükdən 2 gün sonra-yeni bu gün 11 iyulda Həsən Həsənov girov götürlərək vəhşicəsinə amansızlıqla qətlə yetirildi. Sahbazı girov götürüb Həsəni qətlə yetirən ermənilər, Dilqəm Əsgərovun axtarışı və tutulması ücün rus və erməni hərbçilərini ayağa qaldırıdılar, hətta bir neçə vertolyot belə qaldırmışdılar ki, Dilqəmi girov götürsünlər və istəklərinə nail oldular. 2014 cü ilin iyul ayının 14-ü Dilqəm Əsgərovu (atamı) girov götürdülər. Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır. Keçən 5 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda cağırışlar etsəm də, əsfsuslar olsun ki, hələ də atam qanunsuz olaraq erməni girovluğunda saxlanılır. Atamı erməni girovluğundan azad edə biləcək tək bir insan, tək bir dövlət və tək bir xalq var-Azərbaycan Prezidenti, Azərbaycan dövləti və Azərbaycan xalqı”.

Kürdoğlu Əsgərovun “Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır" yazmaqla nəyə işarə etdiyi, əslində nəyi demək istədiyi maraq doğurur.

Musavat.com
Xəbəriniz olsun

17.07.2019 - Azərbaycanda deputatın oğlu qaz oğrusudur?

17.07.2019 - Yol polisindən sürücülərə VACİB XƏBƏRDARLIQ

17.07.2019 - Xəzəri hasarlayanlara qarşı böyük plan – Video

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

Facebook