“Bilirəm, darıxırsan...” - Spikerdən Zahid Oruca

12 iyul 2019
“Bilirəm, darıxırsan...” - Spikerdən Zahid OrucaDeputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri təyin edildikdən sonra ilk dəfə parlamentdə çıxış edib.

Savash.org xəbər verir ki, o, çıxışını müasir dövrdə aparılan informasiya müharibəsi üzərində qurub. O, Gəncə olayları ilə bağlı həbs edilən Aydın Qurbanovun həbsxanada vəfat etməsi xəbərinə toxunub. Bildirib ki, A. Qurbanov xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib: “Ancaq bununla bağlı 3 gündən sonra Prokurorluq və Penitensiar sistem cavab verdi. Buna vaxtında cavab verilməli idi.

Burada məqsəd gəncəliləri bu və ya digər şəkildə dövlətdən küsdürmək idi. Cənab prezident bu qurumlara gen-bol şərait yaradıb. Hamısının gözəl binaları var. Istintaq orqanlarının rəhbərləri nə işlə məşğuldur? Onlar bununla bağlı açıqlama verməli idilər. Dövlət rəhbərliyi bu məsələlərlə bağlı tapşırıq vermədən hakimiyyət əleyhinə informasiya terroru aparanlara əllərindəki arqumenti böyütməyə imkan vermək olmaz”.

Spiker Oqtay Əsədov isə Z. Orucu gündəlik ətrafında danışmağa səsləyib “Nə vaxtdır ki, danışmırdın. Bilirəm, darıxırsan danışmaq üçün. Ancaq gələn dəfə gündəlik ətrafında danış”.
Xəbəriniz olsun

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

16.07.2019 - Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı - VİDEO

Facebook