Cahangir Hacıyevin Mərdəkandakı evi müsadirə olunur: MƏHKƏMƏ İCRAÇILARI QAPIDA...

13 iyul 2019
Cahangir Hacıyevin Mərdəkandakı evi müsadirə olunur: MƏHKƏMƏ İCRAÇILARI QAPIDA...Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin Mərdəkanda yerləşən evi əlindən alına bilər.

Savash.org xəbər verir ki, bu barədə AzadlıqRadiosuna onun bacısı Əminə Hacıyeva məlumat verib. Ə.Hacıyevanın bildirdiyinə görə, evin müsadirəsi barədə məhkəmə qərarı yoxdur. Çünki qanunlar şəxsin yeganə yaşayış yerinin müsadirəsini qadağan edir. Amma evə iki həftə öncə məhkəmə icraçıları gəliblər. Özlərini təqdim edib, evi qiymətləndirəcəklərini deyiblər. Lakin həmin vaxt evdə ailə üzvləri olmadığına görə gələnlər evə buraxılmayıb.

İyulun 11-də yenidən məhkəmə icraçıları və polislər gəlib: «Aralarında polislər də vardı. Təxminən bir saat dayanıblar. Getməyiblər. Hətta ətrafdakı qonşuları da gəzib, onlardan evdəki yaşayışla bağlı məlumat toplamağa çalışıblar».

Ə.Hacıyeva deyir ki, məhkəmə qərarı olmadığı halda, evin müsadirəsi, qiymətləndirilib hərraca çıxarılması qanunsuzdur.

Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Yasamal Rayon Məhkəməsi iyunun 25-də qərardad çıxararaq, C.Hacıyevin əmlakları üzərinə həbs qoyub. Vəkilləri həmin qərardaddan şikayət verib.

Ə.Hacıyeva deyir ki, ümumiyyətlə, mövcud olmayan əmlaklara da həbs qoyulması haqda qərar çıxarılıb: «Bu da o deməkdir ki, məhkəmə araşdırma aparmayıb, təqdimatı kor-koranə təmin edib. Xaricdə olan əmlaka da həbs qoyulub, amma araşdırılmayıb ki, onun Cahangir Hacıyevə aidiyyəti var, yoxsa yox».
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook