Gülər Əhmədova İsa peyğəmbərdən sitat gətirdi, ölmək istədiyini dedi - ŞOK AÇIQLAMA

13 iyul 2019
Gülər Əhmədova İsa peyğəmbərdən sitat gətirdi, ölmək istədiyini dedi - ŞOK AÇIQLAMAMilli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş sabiq deputatı Gülər Əhmədova sükutu pozaraq, gündəm yaradacaq açıqlamalar verib.

Savash.org xəbər verir ki, o, Demokrat.az-a göndərdiyi açıqlamasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmamasına görə də şikayətlənib.

Gülər Əhmədovanın sözügedən fikirlərini təqdim edirik:"Gərək verərdilər. Əziyyətim, işim, nəticələrim var. Düzdür, amma yəqin ki, cəsarəti olan kimsə olmalıdır ki, bunları yada salsın. Siyasətdə isə çox nadir hallarda kimsə kiminsə sözünü deyir, haqqını müdafiə edir. Kimsə müdafiə etsə, məsələn məni, məni gözü götürməyənin biri həmin adama deyəcək ki, "sənin nə marağın var?" Klassik bizim yanaşma. Yəni ki, kiminsə maddi xeyri yoxsa danışmaz.

Uzun sözün qısası, dövlətçilik düşüncəsi olan biri lazımdır ki, bu cəsarətdə bulunsun. Məsələn, mən edərdim. Yəqin elə ona görə də çıxdaş oldum. Çox təvazökar olmuşam. Bu gün ənənəni pozuram və açıq şəkildə deyirəm ki, Çanaqqalada Azərbaycan şəhidlərinə xatirə lövhəsi qoyan, İğdırda erməni dili fakültəsini qapadılmasına nail olan mən Gülər Əhmədova unudulmasından üzülür, əzab çəkir, küsür, inciyir, hətta ölmək belə istəyir. Həqiqət budur.

Əhməd Ağaoğlu Zərdabinin tabutuna: "ey, müqəddəs ruh, ora gedəndə babalarımızdan soruş ki, bu nə məmləkətdir ki, bizə qoyub getdilər?" İndi mən də düşünürəm ki, bəlkə bu dərdlər, sıxıntılar bizi tez o tərəfə aparsın ki, o tərəfdə sualıma cavab tapım.

Deyim ki, məşhur bir lətifə var. Bir gün bir kişi dəvəsindən halallıq istəyir. Dəvə də deyir ki, hər şeyi halal edirəm, amma bir gün məni tövlədə eşşəyin quyruğuna bağladın, bax onu halal etmirəm. İndi mən də başıma gətirilən hər şeyi, o dövrdə oynanılan oyunları nəzərə alıb dövlətimə halal edirəm. Mətbuatda qüruruma sığışdırıb demədiyim dərdləri də halal edirəm. Amma 7 il keçdi, bəlkə artıq məni Elşad Abdullayevin quyruğundan açasınız, tüpürcüəklərinizi siləsiniz, "səni görmürük müamiləsi yapmayasınız".

Axı bu mənəm - heç vaxt şəxsi maraqlarını üstün tutmayan qadın, sıralarınızda olan, nə sözünə, nə əqidəsinə dönük çıxmayan artıq 54 yaşlı Gülər Əhmədova. Ana, nənə, bacı, xala, bibi, yaxşı və güvənilən dost. Sizə əziyyət vermirəm, özüm deyirəm: bu dövlətdən aldığım cəza belə başıma tacdır. Siz də bir şey deyin, susmayın. Deyin ki, Ulu öndərimiz Heydər Əliyev "mövqeyinizi bildirin" demiş. Bir xahişim də var. Kimsə məni yarğılamaq arzusunda olsa, bir gün dözsün, öz vicdanına qulaq assın.

İsa Peyğəmbər demişkən "daşı o adam atsın ki, özü günahsızdır". Hamıya xoş günlər, vəfalı əqidədaşlar arzulayıram. Həyatınız gözəl olsun, balalarınızın xeyrini görəsiniz!”.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook