Əmisinin 3 gəlini ilə sevişib- Qubada dəhşət

15 iyul 2019
Əmisinin 3 gəlini ilə sevişib- Qubada dəhşətŞantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri – Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Savash.org Publika.az-a istinadən xəbər verir ki, Mayıs Ağaməmmədov əvvəllər dostluq münasibətlərində olduğu həmkəndlisi Əhəd Salahov ilə bir qrup şəxs kimi qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, onunla birlikdə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Quba rayonunun 1-ci Nügədi kəndində Akif Ağabalayevin ikimərtəbəli evinin damından içəri daxil olublar.

Onlar ikinci mərtəbədəki otaqdan Akif Abdullayevə məxsus bir ədəd 12 kalibrli, “747921” №-li, “STOEGER” modelli, “Vinçester” sistemli, nasaz, atəş etmək üçün yararsız vəziyyətdə olan hamar-yivsiz, təklüləli ov silahını, bir ədəd 12 kalibrli, “13178” №-li, “TOZ34” modelli, alt lüləsi nasaz olmaqla atəş açmaq üçün yararsız, üst lüləsi isə saz olmaqla atəş açmaq üçün yararlı vəziyyətdə olan hamar (yivsiz) qoşalüləli ov silahını, döyüş sursatı olan 28 ədəd patronu, bir ədəd patrondaşını, Akif Ağabalayevin mərhum qardaşı İlham Ağabalayevə məxsus bir ədəd Rusiya istehsalı olan, 5,6 mm kalibrli, “81396” nömrəli, “TOZ-8” modelli, sürüşkən tək-tək atılan, yivli, odlu idman-ov silahını talayaraq, həmin tarixdə odlu silah olan bir ədəd “81396” nömrəli, “TOZ-8” modelli, yivli, odlu idman-ov silahını digər taladıqları əmlakla birlikdə ələ keçiriblər.

Həmin əmlakları Mayıs Ağaməmmədovun yaşadığı Quba rayonunun 1-ci Nügədi kəndindəki evinə gətiriblər və 30 mart 2016-cı il tarixədək orada saxlayıblar.

Mayıs Ağaməmmədov 30 mart 2016-cı il tarixdə, saat 02.10-da, 17 mart 2016-cı il tarixdə, saat 14 radələrində Quba rayonu, 1-ci Nügədi kəndinin yaxınlığında əmisi Seyidağa Ağaməmmədovun nəvələri – Orxan Ağaməmmədov və Sərxan Ağaməmmədov tərəfindən sonuncuların və qardaşları Səfiyar Ağaməmmədovun arvadları barəsində kənddə və ətrafda rüsvayedici məlumatlar yaydığına, yəni arvadlarını əxlaqsız adlandırdığına görə özünün həyat yoldaşı Nərmin Ağaməmmədovanın və həmkəndlilərinin gözü qarşısında alçaldılmaq, cəzalandırılmaq məqsədilə yumruq və təpiklərlə döyülməsinin, “VAZ-2107” markalı avtomaşının arxasına iplə boğazından bağlanaraq sürüdülməsinin əmisi Seyidağa Ağaməmmədov və sonuncunun oğlu Daşqın Ağaməmmədov tərəfindən təşkil edildiyini güman edib.

Qisas

O, Seyidağa Ağaməmmədov və Daşqın Ağaməmmədovdan qisas almaq məqsədilə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Əhəd Salahov ilə birlikdə Akif Ağabalayevin evindən oğurladığı “TOZ-34” modelli qoşalüləli odlu ov silahını və benzinlə dolu plastmas qabları götürərək əmisi və əmisi oğlunun yaşadığı evin həyətinə gəlib.

Daşqın Ağaməmmədovun ümumi dəyəri 28000 manat olan evini qəsdən yandırmaq məqsədilə özü ilə gətirdiyi plastmas qablardakı tez alışan mayeni - benzini evin giriş qapısına tökərək yandırıb. Ailə üzvləri yanğının böyüməsinin qarşısını alıblar.

Mayıs Ağaməmmədov odlu ov silahından Yalçın Ağaməmmədovun evinin ikinci mərtəbəsi istiqamətində 4-5 dəfə nizamsız atəş açıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əhəd Salahov elan edilmiş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç bir cinayət törətməyib: “2016-cı ilin təxminən yanvar ayının ortalarında Mayıs öz evində mənə bir ədəd tüfəng gətirərək, həmin tüfəngin ona pay verildiyini dedi. Bir müddət sonra, yanvarın təxminən axırlarında kənd camaatı arasında gəzən söhbətlərdən həmkəndlim Akifin evindən tüfənglərinin oğurlandığını eşitdim. Mayıs mənə bir ədəd tüfəng göstərdiyindən özüm-özlüyümdə həmin oğurluğu Mayısın etdiyini fikirləşdim. Mayısın sözlərindən mənə məlum oldu ki, Mayıs əmisi Səyyabın gəlinləri Gülnar, Ayşən və Xəyalə ilə görüşərək cinsi əlaqədə olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 17-də həmin gəlinlərin ərləri Mayısı cəzalandırmaq üçün sonuncunu “Vaz 2107” markalı maşına bağlayaraq kənd yollarında sürüyüblər: “Martın 30-da gecə vaxtı Mayıs qisas məqsədi ilə əmisi oğlu Daşqın Ağaməmmədovun evini yandırmağa cəhd edib, həmçinin əmisi Seyidağanın evinə tüfənglə atəşlər açıb”.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mayıs Ağaməmmədov bildirib ki, 2016-cı ilin təxminən fevral ayının axırlarında həmkəndlisi Əhəd Salahov ona ova getməyi təklif edib:

“Mən isə ona ova getməyə tüfəngimin olmadığını bildirdim. Əhəd özündə 3 dənə tüfəng olduğunu bildirdi, birini mənə pay, ikisini isə saxlamağa verəcəyini dedi. Əhəddən tüfəngləri hardan əldə etdiyini soruşdum. Əhəd silahları gürcü vətəndaşından aldığını dedi, qardaşlarının evə içkili gəldiklərini, onda silah olmasını bilmələrini istəmədiyini söylədi”.

Mayıs Ağaməmmədov qeyd edib ki, bundan bir neçə gün sonra kənddə həmkəndlisi Akif Ağabalayevin evindən tüfəng oğurluğu olduğunu eşidib: “Akifin arvadı Əhədin əmisinin qızı olub. Əhədə Akifin evindən tüfəng oğurluğu olduğunu dedim, onluq olub-olmadığını soruşdum. Əhəd isə ona aidiyyəti olmadığını dedi, silahları oğurladığını söyləmədi. Lakin təxmini bildiyimə görə, Əhəd 3 ədəd tüfəngi Akifin evindən oğurlayıb”.

Mayıs Ağaməmmədov bildirib ki, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan əmisi Seyidağanın oğlu Səyyabın oğulları Sərxan, Orxan və Səfiyarın arvadları ərlərinə xəyanət edib, yəni ərləri işə gedəndə, evdə olmayanda, onlardan xəbərsiz, başqa oğlanlarla danışıb, görüşüb və cinsi əlaqədə olublar:

“Onun gəlinlərinin pozğunluqları barədə danışdığım və bu söhbəti açdığım üçün martın 17-də əmim Daşqın məni bıçaqladı, Səyyabın oğulları Orxan, Sərxan, Siyavuş və Səfiyar məni “Vaz 2107” markalı maşının arxa buferinə bağladılar və sürüdülər. Kənd camaatı yola yığıldı, kimsə təcili tibbi-yardım çağırdı və məni Quba rayon mərkəzi xəstəxanasına apardılar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayıs Ağaməmmədov 9 il, Əhəd Salahov isə 5 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Əhəd Salahov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə hökmdən apelyasiya şikayəti verməyib.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş