Gömrüyün keçmiş rəisi haqda araşdırma aparılır – Mülkləri aşkarlandı

15 iyul 2019
Gömrüyün keçmiş rəisi haqda araşdırma aparılır – Mülkləri aşkarlandıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tələbə yoldaşı və şəxsi dostu olmasına baxmayaraq, ötən ilin noyabr ayında vəzifəsindən uzaqlaşdırılan Naxçıvan MR Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədovun ətrafında araşdırmalar bu gün də davam edir.

Savash.org xəbər verir ki, AzToday.az-a daxil olan məlumata görə, külli miqdarda mənimsəməyə görə V.Talıbovun qəzəbinə gələn A.Məmmədovun Bakıda yeni obyektləri aşkarlanıb. Məsələ ondadır ki, A.Məmmədov mənimsəmə ittihamlarını qəbul etmirdi. Lakin MR hüquq-mühafizə orqanlarının aylardır davam edən araşdırmaları müəyyən nəticələr verib. Məlumata görə, bu yaxınlarda A.Məmmədovun Bakıda yeni milyonluq əmlakları aşkarlanıb. Bu əmlakları o, Etibar Kərimov adlı keçmiş gömrük işçisinin və yaxın dostunun nəzarəti altında gizlədibmiş.

Qeyd edək ki, A.Məmmədovun Naxçıvanda və Bakıda yerləşən çoxsaylı əmlakları indiyədək əlindən alınmışdı. Lakin istintaqçılar bununla kifayətlənmir, belə hesab edirdilər ki, o, əmlaklarının bir hissəsini gizlədir. Belə görünür ki, bu şübhələr özünü doğruldub.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş