Etibar Pirverdiyev bahalı atlarını satdı... - gündə 300 manat xərcləyirmiş

15 iyul 2019
Etibar Pirverdiyev bahalı atlarını satdı... - gündə 300 manat xərcləyirmişAzərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Etibar Pirverdiyev özünün bahalı cins atlarını satıb. Belə ki, atlara və at yarışlarına xüsusi marağı olan Pirverdyev 2000-ci illərin ortalarından etibarən İngiltərədən bahalı atlar almağa başlayıb.

Qaynarinfo-nun məlumatına görə, sabiq "işıq şefi"nin aldığı ən bahalı atın dəyəri 450 min manat (ABŞ dollarının həminki məzənnəsi ilə 500 min dollardan çox) olub. Bu atların saxlanılmasına "Azərenerji"nin sabiq rəhbəri ayda təxminən 8 min manat xərcləyirmiş. Bu, gündə təxminən 300 manata bərabər bir məbləğdir.

Lakin o, vəzifəsini itirdikdən sonra vaxtilə aldığı cins atları saxlamaq istəməyib və onları əldən çıxarıb. Pirverdiyevin ümumi dəyəri təxminən 1 milyon manatla ölçülən həmin atları satdığı, yoxsa hədiyyə etdiyi konkret olaraq bəlli deyil.

Məlum olan odur ki, Bakının məşhur atçılıq klublarından birində saxlanılan və hər ay bəslənilməsinə külli miqdarda vəsait ayrılan ingilis mənşəli cins atlar artıq Etibar Pirverdievə aid deyil.

Onu da deyək ki, həmin atçılıq klubunda "Azərenerji"nin keçmiş prezidenti ilə yanaşı bir çox başqa iri məmurların da atları var. Həmin məmurların bəziləri artıq postunu itirib, bir çoxu isə hələ də vəzifədədir.

Sözügedən atlar əyləncə məqsədilə yarışlara cəlb edilirmiş.

Xatırladaq ki, atlara xüsusi rəğbəti ilə bilinən Pirverdiyev eyni zamanda Şabran rayonunda dəvə fermasının olması ilə məşhur idi.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş