Bir qrup şəxs Mirşahin Ağayevi məhkəməyə verir

15 iyul 2019
Bir qrup şəxs Mirşahin Ağayevi məhkəməyə verir“'Peşəkar jurnalist bilməlidir ki, konstitusiyada, qanunlarda təqsirsizlik prezumpsiyası deyilən anlayış var”.

Savash.org xəbər verir ki, Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən bir qrupunun valideyni "Real TV"nin rəhbəri Mirşahin Ağayevi məhkəməyə verəcəyini bildirir. Elmir Hüseynzadənin anası Sevinc Hüseynova deyib ki, onun övladı haqqında nəinki qanuni qüvvəyə minmiş hökm, ümumiyyətlə, hökm yoxdur hələ. “Kim ixtiyar verib ki, onlar terrorçu kimi təqdim olunsun? Peşəkar jurnalist bilməlidir ki, konstitusiyada, qanunlarda təqsirsizlik prezumpsiyası deyilən anlayış var. İkincisi, ümumiləşdirmə yolverilməzdir", - deyə S.Hüseynova Meydan TV-yə bildirib.

Onun sözlərinə görə, iddia ərizəsinin hazırlanması üçün artıq vəkilə müraciət ediblər. "Real TV"də yayımlanan "Mirşahinin vaxtı” proqramında Gəncə hadisələri təhlil olunarkən orada baş verənlərin xüsusi hazırlanmış terror aktı olduğu bildirilib. Valideynlər isə övladlarının terrorçu kimi təqdim olunmasına etiraz edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəsini həyata keçirən Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları da olayı terror aktı kimi qiymətləndirib.

İddia olunur ki, Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə İcra Hakimiyyətinin binası qarşısında keçirilən aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər. Onları qətlə yetirən Rəşad Böyükkişiyevin özü də bir gün sonra öldürülüb. Gəncə hadisələri ilə əlaqədar 80-ə qədər adam həbs olunub.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş