"Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16 iyul 2019
"Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam".

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Faysal Rerras klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mərakeşli müdafiəçi ilk oyuna çıxacağı günü səbirsizliklə gözlədiyini söyləyib: "Müdafiənin həm sağ, həm də sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumat var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa klubları ilə oynayan zaman da klub haqda çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sonaqədər mübarizə aparan futbolçu görəcəklər".

Qeyd edək ki, "Qarabağ" 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş