“10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16 iyul 2019
“10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL“Biz hesab edirik ki, parlament ölkədə dövlət quruculuğu prosesinə, ölkəmizin qarşısında duran problemlərin həllinə daha çox töhfə verə bilər. Çox təəssüf ki, bizim parlament daha çox qanunvericilik fəaliyyəti ilə məşğul olur”.

Savash.org xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev musavat.com-a müsahibəsində deyib. O, bildirib ki, parlament təkcə qanunvericilik fəaliyyəti ilə məşğul olmamalıdır. Ölkəmizi narahat edən bu və ya digər məsələlər mütəmadi şəkildə parlamentdə müzakirə olunmalıdır.

Deputat bildirir ki, bəzən hansısa yüksək çinli məmurlarla, bu və ya digər nazirliyin tərkibindəki qanunsuzluqlarla bağlı, yaxud ümumiyyətlə, sosial problemlərlə əlaqədar çox müxtəlif qanun pozuntuları barədə eşidirik: “Amma bu məsələlər parlamentdə müzakirəyə çıxarılmır. Sanki parlamentin buna aidiyyəti yoxdur və bu, icra hakimiyyətinin məşğul olmalı olduğu məsələdir.

Məsələn, iki devalvasiya oldu, parlamentdə bir dəfə müzakirə oldumu ki, bunlar niyə baş verdi və nə etmək lazımdır ki, növbəti dəfə bu kimi hallar baş verməsin? Yaxud vaxtilə MTN-də baş verən hadisələr, sahibkarların təqib olunması, onlardan qanunsuz olaraq vəsait tələb olunması və s.

Və ya Beynəlxalq Bankla bağlı məsələ. 10 milyard dollardan artıq vəsait oğurlandı, bizim pulla 17 milyard manat edir. Bu qədər vəsaitin oğurlanmasını parlament müzakirəyə çıxartdımı? Müvafiq vəzifəli şəxslər dəvət olundumu ki, parlamentə gəlin, hesabat verin, görək bunlar niyə baş verib? Ona görə də çox təəssüf ki, parlament yalnız qanunvericilik fəaliyyəti ilə məşğul olur. Parlamentin vəzifəsi ancaq bundan ibarət deyil. O baxımdan, əlbəttə, mən ümumən parlamentin fəaliyyətindən narazıyam”.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş