Şüşədə okeana atılmış məktub 50 il sonra Avstraliyada sahilə çıxdı

17 iyul 2019
Şüşədə okeana atılmış məktub 50 il sonra Avstraliyada sahilə çıxdı
Avstraliyada 50 il bundan qabaq yazılaraq şüşəyə qoyulub okeana atılmış məktub tapılıb.

“RİA Novosti” xəbər verir ki, şüşə materikin cənubunda, Eyr yarımadası sahillərində kənara çıxıb.

Atası ilə birlikdə balıq ovuna çıxmış doqquz yaşlı Cia Elliot məktubu oxumaq üçün şüşəni qırmalı olub. Keçmiş zamandan gələn məktubda isə belə yazılıb: “Mənim adım Pol Gilmordur. 13 yaşım var. İngiltərədən Avstraliyanın Melburn şəhərinə yola düşmüşük”.

Bəlli olub ki, məktub 1969-cu ildə İngiltərədən Avstraliyaya miqrant daşıyan bir gəmidə olan uşaq tərəfindən göndərilib.

Artıq Elliot ailəsi hazırda 63 yaşında olması ehtimal edilən məktubun sahibini axtarmağa başlayıb.

Bunun üçün onlar jurnalistlərin və sosial şəbəkələrin köməyindən yararlanırlar.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş