Mübariz Mənsimov Fəzail Ağamalı ilə fotosunu paylaşdı, sosial şəbəkədə müzakirələr başladı...

20 iyul 2019
Mübariz Mənsimov Fəzail Ağamalı ilə fotosunu paylaşdı, sosial şəbəkədə müzakirələr başladı..."Palmali" Holdinqin prezidenti Mübariz Mənsimov uşaqlaıq dostları ilə bir araya gəlib.

Savash.org xəbər verir ki, bununla bağlı o sosial şəbəkədə paylaşım edib. Bildirib ki, insanın ən gözəl xatirələri onun uşaqlıq illəri ilə bağlıdır.

“Hər birimizin ürəyinin bir köşəsində onun doğma yurdu, doğma kəndi yaşayır. Və o xatirələri yada saldıqca, sanki o günlərə qayıdırsan.

Bu dönüş o qədər saf, təmiz, çılğın və arzuolunandır ki, daldığın təəssüratlardan çıxmaq belə istəmirsən. Üzündəki qeyri-ixtiyari təbəssüm, xoş həyəcandan artan ürək döyüntülərin tamam fərqli olur.

Bir anlığına məni yenidən kəndimə, doğma Miyankiyə qaytaran bu əziz eloğullarına təşəkkür borcum var. Səyyad və Cavid hətta odun daşıdığım günləri də unutmayıb obamda, yuvamda keçirdiyim o əvəzolumaz anları mənə bir daha yaşatdılar.

Uşağlığımın ən gözəl yazları heç bir zaman yadımdan çıxmayacaq. Bu əziz qardaşlara gəldikdə, Səyyad elmi işçi, Cavid isə gənç iş adamıdır. Mən həqiqətən də onlarla fəxr etdim. Mənim eloğlum olmaları isə, məni daha da qürurlandırdı. Zəkalı, mərd, işgüzar və cox mübarizdilər”.

Qeyd edək ki, iş adamının paylaşdığı fotoda Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da yer alıb. Bu isə təbii ki, sosial şəbəkə istifadəçiləri arasında təəccübə və suallara səbəb olub. F. Ağamalıdamı M. Mənsimovun uşaqlıq dostudur? Onları bir araya gətirən səbəb nədir?

M. Mənsimov bununla bağlı verilən suallara reaksiya verməyib.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş