Ziya Məmmədovun qardaşı haqda şok – Separatçılarla əlaqəsi araşdırılır

21 iyul 2019
Ziya Məmmədovun qardaşı haqda şok – Separatçılarla əlaqəsi araşdırılırSabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi bir qalmaqala qarışıb.

Savash.org xəbər verir ki, bu barədə məlumat “AzPolitika.info”ya özəl mənbədən daxil olub.

Mənbənin məlumatına görə, Ukraynanın Təhlükəsizlik Xidməti Ukraynadakı bir çox şirkətin Donetskdəki separatçılarla əlaqələrini aşkarlayıb. Onların arasında Elton Məmmədova məxsus şirkətin də olduğu iddia edilir. Bu əlaqələrin hansı formada olduğu hələlik açıqlanmır. Ancaq şirkətlə bağlı ciddi araşdırmaların başladığı, buna görə Elton Məmmədovun da “başının ağrıya” biləcəyi vurğulanır.

Qeyd edək ki, Məmmədovlar ailəsinin Ukraynada böyük biznesinin olduğuna dair məlumatlar yayılıb. Onlara məxsus şirkətlərin Ukraynada, əsasən, tikinti və turizm sektorunda fəaliyyət göstərdiyi bildirilir. Məsələn, bir neçə il əvvəl Ziya Məmmədovun Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri on milyonlarla dollarla ölçülən otellər aldığına dair məlumatlar yayılmışdı.

Xatırladaq ki, son parlament seçkilərində namizədliyi belə verilməyən Elton Məmmədov hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışır. Tez-tez mətbuata çıxaraq, nüfuzlu ağsaqqallar kimi millətə məsləhətlər verməyi də yaddan çıxarmır.

Qeyd olunan iddialarla bağlı Elton Məmmədovun da fikirlərini də dərc etməyə hazırıq.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş