DİN aksiya keçirmək istəyənlərlə bağlı MƏLUMAT YAYDI

22 iyul 2019
DİN aksiya keçirmək istəyənlərlə bağlı MƏLUMAT YAYDIİyulun 22-də - ölkədə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər. Bildiririk ki, medianın inkişafı üçün üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir".

Bu barədə DİN Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyatı dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstəriblər:

"Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.

Onlar bununla kifayətlənməyərək anoloji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılmış, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb".
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş