SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

22 iyul 2019
SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...“SSRİ-yə - evimizə” sektasının 20-dən çox radikalı inzibati binaların zorla ələ keçirilməsinə cəhd edərkən yaxalanıblar.

Virtualaz.org “Ura.ru” nəşrinə istinadən xəbər verir ki, hadisə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində baş verib. Bu barədə məlumatı mənbə hüquq-mühafizə orqanlarından alıb.

İrimiqyaslı əməliyyatda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin, “Rosqvardiya”nın və DİN-in müvafiq qurumlarının əməkdaşları iştirak ediblər.

“Bu cür xüsusi əməliyyatlar yaxın günlərdə, çox güman ki, bütün ölkə üzrə keçiriləcək, belə ki, bu SSRİ tərəfdarları artıq bütün sərhədləri keçirlər”, - güc strukturlarının nümayəndəsi deyib.

Mənbə qeyd edir ki, iyulun 20-də lom və “şəhər icraiyyə komitəsinin sədrinin əmri” ilə silahlanmış radikallar Nijnevartovskda inzibati binalardan birinin bağlı qapısını sındıraraq, içəri daxil olublar. Onlar binaya daxil olan kimi xüsusi təyinatlılar və FTX əməkdaşları da hadisə yerinə gəliblər.

“Radikallar nə baş verdiyini və bura gələnlərin kim olduğunu anlamırdılar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına “SSRİ prokurorluğu” ilə hədə-qorxu gəlir, özlərinin verdikləri əmrləri nümayiş etdirir və elə davranırdılar ki, sanki öz əməllərinin tam qanuni olmasına əmindirlər”, - nəşrin həmsöhbəti bildirib.

Şəhərdəki digər ünvanlarda da binaları ələ keçirmək istəyən sektantlar tutulub.

Radikallara qarşı xüsusi əməliyyatın keçirilməsi barədə qərar onların silahlı olması və bu silahlardan polis və vergi orqanlarının binalarının ələ keçirilməsi üçün istifadə niyyəti haqqında məlumat daxil olduqdan sonra verilib.

“SSRI-yə - evimizə” sektasının davamçıları arasında özlərini bu təşkilatın güc bloku adlandıran “SSRİ Dövlət-Xalq Fövqəladə Komissiyası”nın üzvləri də olub.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş