Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23 iyul 2019
Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılan azyaşlılara atası sahib çıxıb.

Xəstəxananın baş həkimi Rafael Mustafayev virtualaz.org-a bildirib ki, ata xəstəxanaya gələrək uşaqlarını aparmaq istədiyini deyib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov isə hadisə ilə bağlı danışıb.

Onun sözlərinə görə, dünən axşam təxminən saat 9-da iki nəfər yanlarında iki uşaqla xəstəxanaya gəlib. “Onlar növbətçi həkimə uşaqları küçədən tapdıqlarını, buna görə də, xəstəxanaya yerləşdirmək istədiklərini deyiblər. Növbətçi həkim məruzə etmək üçün gözləmələrini xahiş edib. Geri qayıdanda isə görüb ki, onlar uşaqları dəhlizdə qoyaraq gediblər. Uşaqlardan birinin 8 yaşı var, digəri 6 aylıqdır”, - Abubəkirov əlavə edib.

Dərhal Bərdə Rayon İcra Hakimiyyətinə, hüquq-mühafrizə orqanlarına məlumat verilib, uşaqlar üçün palata ayrılıb.

Araşdırma zamanı bəlli olub ki, uşaqları xəstəxanaya gətirənlər yad deyil, onların ana tərəfdən doğma nənəsi və babasıdır. Uşaqların da məhz ailə münaqişəsi zəminində atıldığı güman edilir.

Xəstəxanaya gələn ata deyib ki, uşaqlarına qarşı tərəfin sahib çıxmırsa, özü baxa bilər. Uşaqlar müayinə ediliblər, vəziyyətləri yaxşıdır. Araşdırmadan sonra qərar veriləcək.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş