Bakı Apellyasiya Məhkəməsi hakiminin oğlu Avropadan siyasi sığınacaq alıb - ŞOK TƏFƏRRÜAT

13 yanvar 2015
Bakı Apellyasiya Məhkəməsi hakiminin oğlu Avropadan siyasi sığınacaq alıb - ŞOK TƏFƏRRÜATUzun müddət Azərbaycanın məhkəmə sistemində çalışan, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan Qail Məmmədovun oğlu Almaniyadan siyasi sığınacaq alıb.

Savash.org Azinform.az-a istinadən xəbər verir, bu barədə məlumatı «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid yayıb. Baş redaktorun verdiyi məlumata görə, hakim oğlu buna səbəb kimi Azərbaycanda siyasi mülahizələrlə təzyiq altında olduğunu göstərib.

Hakimin tərcümeyi-halını təqdim edirik:

Qail Fazil oğlu Məmmədov 27.09.1948-ci ildə anadan olub. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. 1978-1982 –ci illərdə Sumqayıt şəhər məhkəməsinin xalq hakimi, 1982-1983 –cü illərdə Bakı Şəhər Məhkəməsinin hakimi, 1983-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2000-2007 –ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi və 2007-ci ilədən bu günə kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir.

Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilmişdir. Ailəlidir, 4 övladı var.

Qail Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook