Abşeron icra başçısının qardaşı ilə bağlı qalmaqal böyüyür

26 avqust 2019
Abşeron icra başçısının qardaşı ilə bağlı qalmaqal böyüyürXırdalan şəhəri Nizami küçəsindəki dayanacağın hasarlanması barədə məlumat vermişdik.

Sakinlər bildirmişdi ki, dayanacağın yerində bina tikilməsi planlaşdırlır. Bu məsələdə Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin adı hallandırılır.

Lent.az məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Memarlıq şöbəsindən bildirilib ki, məlumatı araşdırıb xəbər edəcəklər. Günün ikinci hissəsində isə cavab verilib ki, dayanacaqda yeni binanın tikilməsi haqqında verilən məlumat əsassızdır. Həmin ərazidə tikinti getməsinə dair fotofakt olduğu qeyd edilsə də, cavab dəyişməyib.

Xatırladaq ki, Rövşən Quliyev bir müddət əvvəl də “qaraj qalmaqalı” ilə gündəmə gəlmişdi. Həmin vaxt mediada gedən məlumatlarda deyilirdi ki, Xırdalan şəhərində yerində park, yaşıllıq salınacağı vədi ilə sökülən qarajların yerində fərdi yaşayış evləri tikilib. Qeyd olunurdu ki, 27 və 28-ci məhəllələrdə yerləşən qarajlar sökülərkən sahiblərinə heç bir kompensasiya ödənilməyib. Qaraj sahibləri həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.

Abşeron icra başçısının qardaşı ilə bağlı qalmaqal böyüyürAbşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşiblər və şikayətlərini dayandırıblar.

Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa, fərdi evlər və obyektlər tikməyə başlayıblar.

Bu işlərə Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib. Tikinti işləri aparılarkən xeyli sayda ağac məhv olunub.
Abşeron icra başçısının qardaşı ilə bağlı qalmaqal böyüyür
Xəbəriniz olsun

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri

12.12.2019 - Mehman Hüseynov polisə çağırıldı - SƏBƏB