Metroda dəhşət haqda açıqlama

13 yanvar 2015
Metroda dəhşət haqda açıqlama
Bu gün axşam saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verildi.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bildirdi ki, kütləvi informasiya vasitələrində yayılmış xəbər tamamilə yalandır.

N.Paşayevin sözlərinə görə, qatarın altına düşdüyü iddia edilən şəxs heç də 8-9 yaşlarında deyil. O, 1985-ci il təvəllüdlü Əliyeva Sevincdir.

"Hadisə bu gün 17:32-də "Neftçilər" stansiyasında baş verib. Belə ki, "Həzi Aslanov"dan "İçərişəhər" stansiyasına doğru hərəkət edən 5 saylı qatar "Neftçilər" stansiyasında platformada dayanıb. Qatar platformada dayanıbsa, insan onun altına necə düşə bilər? Axı orada yer yoxdur. Hadisə əslində belə baş verib. Qatar hərəkət etdikdən sonra Əliyeva Sevinc müvazinətini itirirərək qatarın arxa hissəsində relslərin üstünə düşüb. O heç də qatarın altında qalmayıb. O, relslərin üzərinə düşən kimi gərginlik dayandırılıb və Sevinc Əliyeva oradan xilas edilib, o, müayinə olunub, sağ-salamatdır", deyə Nəsimi Paşayev bildirdi.

Qeyd edək ki, KİV-də 8-9 yaşlarında bir oğlan uşağının metro qatarının altında qalması barədə xəbər yayılmışdı. Bildirilirdi ki, naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook