İlham Əliyev benzini ucuzlaşdırdı, Tarif Şurasının qərarı ləğv olundu

14 yanvar 2015
İlham Əliyev benzini ucuzlaşdırdı, Tarif Şurasının qərarı ləğv olundu

Prezident İlham Əliyev Tarif Şurasının qərarını ləğv edib.

Tarif Şurasından isə "Trend"ə bildiriblər ki, Azərbaycan Respublikası prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar, 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Tarif (Qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar, 2015-ci il tarixli 1 nömrəli qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Qərar 15 yanvar, 2015-ci il tarixindən qüvvəyə minəcək. Qərarın tam mətni Tarif (Qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook