Arif Qasımovun da payı olan “Park Sity”-də işlər niyə dayandırıldı?

10 oktyabr 2019
Arif Qasımovun da payı olan “Park Sity”-də işlər niyə dayandırıldı?Son vaxtlar paytaxtın Nizami rayonunda müəmmalı hadisələrin baş verməsi barədə dövri mətbuatda yayılanlardan daha çoxu gizli qalır.

Mart ayında “Diqlas” Ticarət Mərkəzinin, iyun ayında “Neftçilər” Metrostansiyasının yaxınlığındakı “X-Ledi” Ticarət Mərkəzinin və ona bitişik “İzabellla” mağazasında baş vermiş müəmmalı yanğın hadisələri, Nizami rayonu Mehdi Abbasov küçəsi 6A ünvanda sakinlərlə “Vesta Construction” adlı şirkət arasında yaşanan qalmaq bu rayonda işlərin heç də ürəkaçan olmamasından xəbər verir.

Vaxtı ilə bu rayonun bələdiyyə sədri olmuş və ərazini kifayət qədər yaxşı tanıyan Arif Qasımovun bu rayona İcra Hakimiyyətinin başçısı təyin edilnəsindən sonra yerli idarə, müəssisə rəhəbrələri və sahibkarlardan rayon ərazisində abadlıq işlərinin aparılması adı altında pul tələb etməsi də mətbuatda hallanan mövzulardan idi.

Amma İcra başçısı abadlıq və quruculuq işlərindən daha çox fəliyyətinə “8-ci kilometr”bazarı adlanan ərazidə yeni obyektlərin tikintintisinə sərəncanlar verməklə başladı. Elə həmin ərazidə”Lotos” Ticarət Mərkəzinin yaxınlığındakı məhv edilmiş şamlığın yerində tikilmiş mağazalar və “Piknik” restoranı Arif Qasımovun İcra başçısı kimi gördüyü ilk işlərdir. Rayon ərazisinin abadlaşdırılmasını gözləyən sakinlərin gözlədiklərinin əksinə olaraq Arif Qasımov hazırda rayonun künc-bucaqlarında satmadığı torpaq sahəsi qalmayıb.

Nizami rayonunda Rüstəm Rüstəm küçəsi 72A ünvanda bünövrəsi 2017-ci ilin dekabr ayından qoyulmuş hündürmərtəbəli binanın tikintisnin başa çatmasına az qalmış Vergilər Nazirliyi binada tikinti işlərini dayandırıb. Tikintinin dayandırılmasına səbəb isə “Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirlərini həyata keçirən Nazirlik 457 432,91 vergi borcu müqabilində 480 000 manat məbləğində əmlakı (obyekti) siyahıya alındığını müəyyən edib. Cəmi 43 000 manata görə tikilinin dayandırılması heç də həqiqətə uyğun bir hal deyil.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara bu heç də vergidən yayınmaqla bağlı olan bir məsələ deyil. Məsələ ondadır ki, tikintidə müqavilədə göstəriləndən həm artıq ərazıyə daxil olunub, həm də artıq mənzil inşa edilib. Yəni müqavilədə göstəriləndən 2-3 mərtəbə artıq. Məlumatlara görə müqavilədə göstərilənlərdən artıq mənzillərin tikintisi məhz Arif Qasımovun göstərişi ilə baş tutub ki, bu da Vergilər Nazirliyinin və digər aidiyyatı orqanların nəzərindən yayınmayıb.

Məhz bu səbəbdən də artıq bir neçə gündür ki, tikinti sahəsində işlərin dayandırıldığını bildirən sakinlərin sözlərinə görə dünən gecə saatlarında tikintinin kənarına çəkilmiş daş hasar sökülərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu da o deməkdir ki, Arif Qasımov artıq əraziyə nəzarəti itirib. Onun son günlər tikinti sahəsində tez-tez görünməsini,göstərişlər verməsini bildirən sakinlərin sözlərinə görə artıq fəhlələr də işə çıxmırlar və müdiriyyətlə aralarında narazılıqlar yaşanmaqdadır.

Aktualinfo.org Vergilər Nazirliyinin elektron portalından “Park-Sity” MMC-nin kimə məxsus olduğunu öyrənməyə çalışsa da, cəmiyyət barədə heç bir məlumat tapılmadı. Lakin sakinlərindən aldığımız məlumatlara görə tıkintiyə məhz İcra Hakimiyyətinin başçısı Arif Qasımov nəzarət edir.

Sakinlərin sözlərinə görə İcra başçısı hətta çox vaxt piyada gəlir Qeyd edək ki,sözügedən ərazi Nizami rayon İcra Hakimiyyətinin arxasında,150-200 metrlik məsafədə yerləşir.
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri