Xəzərin səviyyəsi düşür: nə baş verir?

15 yanvar 2015
Xəzərin səviyyəsi düşür: nə baş verir?
Xəzər dənizinin səviyyəsi dəyişir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Xəzər qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir.

Dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab edilir. Belə ki, Xəzər dənizinin su balansının gəlir hissəsinin təqribən 80 faizini təşkil edən Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanda dəniz səviyyəsi üzərində müşahidələrə XIX əsrin birinci yarısında (Bakı məntəqəsi – 1830-cu il) başlanılıb. Hazırda Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində (sahildə, açıq dənizdə, adalar və estakadalarda) Nazirliyin Milli Hidrometeorologiya Departamentinin 13 hidrometeoroloji müşahidə məntəqəsi fəaliyyət göstərir ki, bunların 7-sində dəniz səviyyəsi üzərində müşahidələr aparılır.

Qeyd edək ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə -29 metrə qədər azalıb, sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995) 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən isə dənizin səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb.

Təkcə son 7 il ərzində Xəzər dənizinin səviyyəsi 0,56 metr azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə -27,43 metr olub.

Çoxillik səviyyə tərəddüdlərindən başqa, dəniz səviyyəsinin fəsillərin dəyişməsi ilə xarakterizə olunan ildaxili tərəddüdləri də müşahidə olunur ki, bu da ilin isti aylarında çayların sululuğunun artması hesabına dəniz səviyyənin qalxması, qış aylarında isə əksinə, enməsi ilə özünü göstərir.
Xəzərin səviyyəsi düşür: nə baş verir?
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook