Növbə Ramiz Zeynalova çatdı: 25 illik krallığın sonu

27 oktyabr 2019
Növbə Ramiz Zeynalova çatdı: 25 illik krallığın sonuÖlkədə başladılan kadr islahatları hüquq-mühafizə orqanlaqını da əhatə edəcək.

Savash.org xəbər verir ki, yayılan məlumatlara görə yaxın günlərdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da vəzifədən azad olunacağı gözlənilir.

Əslində 69 yaşlı generalın vəzifədən azad olunacağı ilə bağlı iddialar Vilayət Eyvazov Daxili işlər naziri təyin olunandan dərhal sonra yayılmağa başlayıb. Əhalinin narazılıq etdiyi yol polisindəki çatışmazlıqları aradan qaldırmaq üçün son bir neçə ayda nazir mühüm dəyişikliklər həyata keçirib.

Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, məşur polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. O, Azərbaycanda nömrə biznesi ilə məşhur idi və vəzifədə olduğu müddətdə sözün əsl mənasında oliqarxa çevrilmişdi.

Bir neçə gün əvvəl isə sürücülərin ən çox şikayət etdiyi şəxslərdən biri, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayev vəzifəsindən azad olunub. Bunun ardınca nazir yol polislərinin iş rejimi tamamilə dəyişdirdi. Bakı Şəhər Yol Polisi İdarəsində daha çox “rüşvət otaqları” kimi tanınan kabinetlər ləğv edildi, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldildi.

Həmçinin, nazirin əmri ilə yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar. İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün bu, mühüm dəyişiklik idi.

Bundan başqa nazir Baş Dövlət Yol Polisi İdarəsində bir neçə kadr dəyişiklikləri həyata keçirib, yaşlı rəis müavinlərini təqaüdə göndərib və yeni kadrlar təyin olunub.

Prezident İlham Əliyevin yaşlı məmurları istefaya çağırışından sonra isə diqqətlər yenidən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun üzərinə yönəlib. 1951-ci il təvəllüdlü general 69 yaşının içərisindədir və 1994-cü ilin avqust ayından – tam 25 ildir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Bu vaxta qədər mediada onunla bağlı onlarla neqativ informasiyalar yayılıb, vəzifə səlahiyyətlərindən istifadə edərək özü üçün biznes imperiyası qurduğu haqda yazılar yayımlanıb.
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI